
Uilyams “Atletik”də qalmasının səbəbini açıqladı
“Atletik”in 22 yaşlı vingeri Niko Uilyams klubla müqaviləsinin müddətini uzadıb.
İspaniyalı futbolçu bu gün Bask klubu ilə yeni anlaşmaya imza atıb. O, 2035-ci ilə qədər komandada qalacaq.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Uilyams seçimində duyğularını əsas götürdüyünü bildirib:
“Qərar vermək zamanı gələndə mənim üçün ən vacib olan ürəyimin səsini dinləməkdir. Mən burada olmaq istəyirəm, yaxınlarımla, öz evimdə. İrəli, “Atletik”.
Daha əvvəl Uilyamsla “Barselona” və “Bayern” kimi klubların maraqlandığı deyilirdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin