“Barselona”nın istədiyi hücumçuya yeni müqavilə təklif ediləcək
“Atletik” hücumçusu Niko Uilyamsla bağlı planları barədə qərar verib.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, top-klubların marağı fonunda “Atletik” ispaniyalı futbolçuya artan maaşla yeni müqavilə təklif etmək istəyir.
“Atletik” həmçinin, Uilyamsın hazırkı müqaviləsində nəzərdə tutulan təzminat məbləğini də artırmaq istəyir. Belə ki, onu hazırda 60 milyon avroya almaq olar.
Uilyamsla maraqlanan klublar arasında “Barselona” da var. Həmçinin, İngiltərə Premyer Liqasının klubları da İspaniya millisinin oyunçusunu fəal şəkildə izləyirlər.
21 yaşlı futbolçu İspaniya çempionatının son mövsümündə 5 qol vurub və 11 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin