“Atletik” baş məşqçiylə bağlı seçimini etdi
İspaniyanın “Atletik” klubu baş məşqçisi Qaiska Qaritanonun müqaviləsinin müddətini uzadıb.
Komanda.az xəbər verir ki, La Liqa təmsilçisi 43 yaşlı mütəxəssislə müddəti 2020-ci ilə qədər olan yeni sözləşmə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
2018-ci ilin dekabrından “Atletik”i çalışdıran Qaritanonun əvvəlki müqaviləsi mövsümün sonunda bitirdi.
“Atletik” La Liqada 30 turdan sonra 43 xalla 7-ci sırada qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin