
“Atletiko”da ciddi itki
“Atletiko”nun yarımmüdafiəçisi və kapitanı Koke zədə səbəbindən sıradan çıxıb.
Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Madrid təmsiliçisinin futbolçusu sağ ayağının əzələsindən zədə alıb. Onun sağalmasının dəqiq vaxtı açıqlanmayıb, ancaq Koke martın sonuna qədər meydana çıxmayacaq.
33 yaşlı oyunçu İspaniya çempionatının cari mövsümündə 23 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.
La Liqanın 24 turundan sonra Dieqo Simeonenin komandasının aktivində 50 xal var. Onlar lider “Barselona”dan 1 xal geri qalaraq, turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin