Atdan yıxılan qapıçı komadan ayıldı

Üç həftədir reanimasiyada olan Fransanın PSJ klubunun qapıçısı Serxio Riko komadan ayılıb.

Komanda.az xəbər verir ki, bu barədə ispaniyalı qolkiperin xanımı Alba Silva “Telecinco” kanalına açıqlama verib:

“Nəhayət, tunelin sonunu görürük. Addım-addım gedirik. Əvvəldən bilirdim ki, Serxio bu işin öhdəsindən gələcək. Çünki əsl çempiondur”.

Xatırladaq ki, Riko ölkəsində istirahətdə olarkən atdan yıxılaraq başından ciddi xəsarət alıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button