Atası Fati haqda: “Oğlum burda olduğu üçün hər zaman xoşbəxt olmuşam”

İspaniyanın “Barselona” klubunun futbolçusu Ansu Fatinin atası Bori Fati açıqlama verib.

Komanda.az “Cadena Ser”ə istinadən xəbər verir ki, 17 yaşlı futbolçunun atası, Ansunun adının “Mançester Yunayted”lə yanaşı çəkilməsinə münasibət bildirib:

“Ansu hazırda “Barselona”nın start heyətində oynaya bilməz. Oğlum burda olduğu üçün hər zaman xoşbəxt olmuşam. “Mançester Yunayted”lə bağlı isə heç bir şey bilmirəm. Ansu və mən burda rahatıq. “Barselona”dan ayrılan hər kəs bura geri qayıtmaq istəyir”.

MY-nin Ansunu heyətinə qatmaq istədiyi və bunun üçün qarşı tərəfə təkif göndərdiyi deyilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button