“Atamla eyni klubda oynadığımı bilmək çox xoşdur” – Haland
“Mançester Siti”nin hücumçusu Erlinq Haland uzun illər əvvəl atası Alf-İnqe Halandın çıxış etdiyi klubda oynamağın necə hiss olduğundan danışıb.
Komanda.az “Telemundo Sports”-a istinadən xəbər verir ki, Haland, bu hissin çox xoş olduğunu deyib:
“Bu, xüsusi bir şeydir, çünki atam əvvəllər “Mançester Siti”də oynayırdı və indi mən buradayam. Burada oynayanda onun köhnə şəkillərini gördüm. Atamla eyni klubda oynadığımı bilmək çox xoşdur.
Müxtəlif xırda şeyləri, müdafiəçilərin hücumçularla müqayisədə necə düşündüklərinin təfərrüatlarını müzakirə etdik. Biz hələ də futbol haqqında danışırıq və atamın keçmiş futbolçu olması sevindirici haldır”.
22 yaşlı Haland “Borussiya”dan (Dortmund) “Mançester Siti”yə keçib. Tərəflər arasında 2027-ci ilə qədər nəzərdə tutulan müqavilə imzalanıb.
Bizi Facebook-da izləyin