Atamın bu qərarına sevindim – Razvan Luçesku
Türkiyə millisinin baş məşqçisi Mirça Luçeskuyla yollarını ayırdığını xəbər vermişdik.
Komanda.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Luçeskunun oğlu Razvan Luçesku atasının baş məşqçi postundan getməsinə münasibət bildirib. PAOK-u çalışdıran Razvan, atasının bu qərarı verdiyi üçün sevindiyini deyib:
“Atam üçün məyus olmamışam, hətta sevindim bu qərarına. Özünü o mövqedə düşünmürdü heç. Milli komandanı çalışdıracaq şərait orda yox idi. Onsuz da, yığma komanda çalışdırdığı üçün xoşbəxt deyildi.
Onunla əvvəlcə danışmışdıq və vəzifəsindən ayrılacağını demişdi. Nəyin atam üçün yaxşı olduğunu müzakirə etdik. İndi o, başqa təklifləri dəyərləndirə bilər, nə də olmasa, işi budur”.
Luçesku dünən Türkiyə millisinin baş məşqçi postundan gedib.
Bizi Facebook-da izləyin