“Atamı öldürdülər” – Maradonanın oğlu

Argentina millisinin sabiq futbolçusu Dieqo Maradonanın kiçik oğlu Dieqo Armando Maradona atasının öldürüldüyünü bildirib.

Komanda.az xəbər verir ki, o, “Marca”-ya açıqlamasında belə deyib: 

“Açıq istintaq gedir. Biz Argentina ədalətinə inanırıq. Əminəm ki, bu, belə bitməməli idi. Atamı öldürdülər. Bunu kimin etdiyini demək mənim işim deyil. Bu barədə fikirlərim var, amma ifadə edə bilmirəm. Onu taleyin ümidinə buraxdılar, halbuki nəsə etmək olardı. Mən söz vermişəm: həyatımın son gününə qədər ədalət uğrunda mübarizə aparacam”

Maradona 25 noyabr 2020-ci ildə 60 yaşında vəfat edib. Argentinalı keçmiş futbolçu xroniki ürək çatışmazlığından yaranan kəskin ağciyər ödəmi nəticəsində ölüb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button