“Atalar üçdən deyib” məsəli də Litvaya yaramadı
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Bakıda təlim-məşq toplanışında olan Litva yığması ilə sonuncu yoldaşlıq oyununu keçirib.
Komanda.az xəbər verir ki, Su İdman Sarayının ərazisindəki meydançada baş tutan görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
Yığmanın heyətində Ramil Əliyev və Amid Nəzirov fərqlənib. Qarşılıqlı razılıq əsasında əlavə iki hissə oynanılıb və burada da hesab dəyişməyib. Penaltilər seriyasını daha dəqiq yerinə yetirən Azərbaycan komandası 5:3 hesablı qələbə qazanıb.
Azərbaycan millisi əvvəlki iki yoldaşlıq matçında da bu rəqibinə qalib gəlmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin