
Qasperini ilə görüş olacaq
“Atalanta”nın rəhbərliyi komandanın baş məşqçisi Can Pyero Qasperini ilə görüş keçirməyi planlaşdırır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, görüş zamanı tərəflər yeni müqaviləni müzakirə edəcəklər.
Klub 67 yaşlı mütəxəssislə əməkdaşlığı 2027-ci ilin yayına qədər uzatmağı və əlavə bir illik şərti də müqaviləyə daxil etməyi planlaşdırır.
Qasperininin hazırkı müqaviləsinin müddəti bu il iyunun sonunda başa çatacaq. O, 2016-cı ilin yayından etibarən “Atalanta”nın “sükanı arxasındadır”. Komanda hazırda A Seriyasının 36 turundan sonra 71 xal toplayaraq turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



