“Atalanta” “İnter”in təklifindən narazıdır

“Atalanta” hücumçusu Ademola Lukmanı 50 milyon avrodan az olmayan məbləğ və əlavə bonuslarla satmağı planlaşdırır.

Komanda.az “Corriere dello Sport”-a istinadən xəbər verir ki, daha əvvəl “İnter” nigeriyalı vinger üçün 40 milyon avro təklif etmişdi. Ancaq “Atalanta” bu təklifi rədd edib və bildirib ki, icarə müqaviləsi ilə transfer və sonradan məcburi satınalma şərti də onlar üçün qəbuledilməzdir. Onlar həmçinin, narazıdır ki, “İnter” əvvəlcə Lukmanın agentləri ilə danışıqlara başlayıb, kluba isə birbaşa müraciət etməyib.

27 yaşlı futbolçuya “Atletiko”nun və “Napoli”nin də maraq göstərdiyi vurğulanır. Klub bu səbəbdən qiymətdə heç bir endirim etməyi düşünmür.

Lukman son mövsümdə A Seriyasında 31 oyunda 15 qol vuraraq, bombardirlər yarışında 3-cü yeri bölüşüb. O, həmçinin, UEFA Çempionlar Liqasında 7 oyunda 5 qolla yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button