21-ci əsrdə ilk dəfə
İtaliya A Seriyasının 29-cu turu çərçivəsində “Atalanta” “Napoli”ni 2:0 hesabıyla məğlub edib.
Komanda.az xəbər verir ki, “Atalanta”nın forvardı Alexandro Qomes bu oyunda məhsuldar ötürmə ilə yadda qalıb. Bununla da, onun cari mövsümdəki məhsuldar ötürmələrinin sayı 15-ə çatıb. Bu göstərici ilə argentinalı futbolçu 21-ci əsrdə A Seriyasında bir mövsümdə 15 məhsuldar ötürmə həddinə çatan ilk futbolçu olub.
Bu qələbə ilə xallarının sayını 60-a çatdıran “Atalanta” turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin