“Avropanın yüksək səviyyəli komandalarına qarşı belə oynamaq bizi xoşbəxt edir” – Qasperini
“Atalanta”nın baş məşqçisi Can Pyero Qasperinin Çempionlar Liqasının 1/4 final mərhələsində PSJ-yə məğlub olduqları oyundan sonra fikirlərini bildirib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, italyan mütəxəssis, 1:2 hesabıyla bitən görüşü belə şərh edib:
“Ən böyük məyusluğumuz çox yaxınlaşmış olmağımızdır, kədərliyik. Avropanın yüksək səviyyəli komandalarına qarşı belə oynamaq bizi xoşbəxt edir. Futbolçularıma bu mövsüm etdiklərinə görə təşəkkür edirəm. Standart vuruşlar, bir neçə nöqtə və fərdi bacarıqlar oyunun taleyinə təsir etdi, kimin davam edib-etməyəcəyinə qərar verdi”.
“Atalanta” klubu tarixində ilk dəfə iştirak etdiyi Çempionlar Liqasında mübarizəni 1/4 finalda dayandırıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin