
“Atalanta”da yeni baş məşqçi
“Atalanta”nın yeni baş məşqçisi müəyyənləşib.
Komanda.az xəbər verir ki, Berqamo komandasını bundan sonra İvan Yuriç çalışdıracaq.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Onunla 2027-ci ilin yayına qədər müqavilə imzalanıb.
Yuriçin son iş yeri “Sauthempton” olub. O, İngiltərə klubunu bu ilin aprelində tərk edib.
Yuriç “Atalanta”nın baş məşqçisi postunda “Roma”ya yollanmış Can Pyero Qasperinini əvəz edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin