“Atalanta”da “Barselona” ilə oyun öncəsi ciddi itki
“Atalanta”nın hücumçusu Ademola Lukman UEFA Çempionlar Liqasının “Barselona” ilə qarşıdakı oyununda komandasına kömək edə bilməyəcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, nigeriyalı futbolçu məşq zamanı diskomfort hiss edib. İndi o, dərin tibbi müayinədən keçməlidir, bundan sonra sağalma müddəti məlum olacaq.
27 yaşlı Lukman bu mövsüm bütün turnirlərdə 27 matçda iştirak edib, 14 qol vurub və 7 məhsuldar ötürmə verib.
Çempionlar Liqasının ümumi mərhələsinin son turunun “Barselona” – “Atalanta” oyunu sabah keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin