“Atalanta” Paraqvay millisinin üzvü üçün danışıqlar aparır

“Brayton”un hücumçusu Julio Enkiso karyerasını İtaliyada davam etdirə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Atalanta” paraqvaylı forvarda maraq göstərir.

Berqamo klubu artıq gənc hücumçunun transferi ilə bağlı danışıqlara başlayıb.

20 yaşlı futbolçu bu mövsüm “Brayton”un heyətində bütün yarışlarda 14 oyuna çıxıb. Onun klubu ilə hazırkı müqaviləsi 30 iyun 2026-cı ilə qədərdir.

Enkiso 2021-ci ildə debüt etdiyi Paraqvay millisinə də müntəzəm çağırılır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button