
“İnter” “Atalanta”nın 50 milyon avroluq tələbi ilə razılaşmır
“Atalanta”nın hücumçusu Ademola Lukman “İnter”in əsas transfer hədəfinə çevrilib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Atalanta” nigeriyalı futbolçu ilə 50 milyon avrodan aşağı qiymətə ayrılmağa hazır deyil ki, bununla da “İnter” razılaşmır.
Lukman 2022-ci ildən Berqamo klubunda çıxış edir. O, klubla birlikdə Avropa Liqasının qalibi olub. 27 yaşlı futbolçu son mövsümdə A Seriyasında 15 qol vurub və 5 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin