“Atalanta” “Bayern”in təklifini rədd edib

“Atalanta” hücumçusu Ademola Lukmanı ən azı mövsümün sonuna qədər heyətdə saxlamağa qərarlıdır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Berqamo təmsilçisi transfer pəncərəsinin son 48 saatında “Bayern”in icarə və sonradan satınalma təklifi ilə maraqlanmayıb.

Klub artıq nigeriyalı futbolçunu UEFA Çempionlar Liqasının iştirak ərizəsinə daxil edib. “Atalanta” ilk turda Parisdə PSJ ilə qarşılaşacaq. Oyun sentyabrın 17-də keçiriləcək.

Avqustda “İnter” də Lukmana maraq göstərmiş, onun üçün 45 milyon avro təklif etmişdi. Ancaq “Atalanta” bu məbləği də qəbul etməyib.

27 yaşlı forvard ötən mövsüm 40 oyunda iştirak edib, 20 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər qüvvədədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button