“Atalanta”nı “Roma”ya dəyişməyə hazırdır

“Atalanta”nın hücumçusu Duvan Zapata “Roma”ya keçə bilər.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Berqamo təmsilçisi futbolçunu satmağa hazır olduğunu bildirib. Zapatanın özü də paytaxt klubunda çıxış etmək fikrinə müsbət yanaşır.

Kolumbiyalı forvard 2020-ci ildən “Atalanta”da çıxış edir. Onun klubla sözləşməsi 2024-cü ilin yayına qədərdir.

Zapata 2022/23 mövsümündə İtaliya klubunun heyətində 27 oyuna çıxıb, iki qol vurub və 5 qolun məhsuldar ötürməsini edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button