“Yuventus” niderlandlı futbolçu üçün 45 milyon avro təklif edəcək

“Yuventus” “Atalanta”nın yarımmüdafiəçisi Ten Kopmeynersin transferi üçün yeni təklif hazırlayır.

Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, Turin klubu niderlandlı futbolçu üçün 45 milyon avro təklif etmək istəyir. Daha əvvəl bildirilmişdi ki, “Atalanta” Kopmeyners üçün 60 milyon avro tələb edəcək, ona görə də, Berqamo klubu “Yuventus”un təklif etdiyi şərtlərlə razılaşmaya bilər.

Kopmeyners zədə səbəbindən AÇ-2024-ü buraxmışdı.

26 yaşlı yarımmüdafiəçi İtaliya A Seriyasının son mövsümündə 34 matçda 12 qol vurub, 5 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button