“Atalanta” “Milan”ın futbolçusunu transfer edəcək
“Atalanta”nın prezidenti Antonio Perkassi bildirib ki, “Milan”dan icarəyə götürülmüş yarımmüdafiəçi Şarl de Ketelareni alacaqlar.
Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, klub prezidenti belçikalı futbolçunun performansından razı olduqlarını bildirib:
“Biz Şarlı çox sevirik. Onun performansından razıyıq və birlikdə işləməyə davam edəcəyik”.
“Atalanta” De Ketelareni 2023-cü ilin avqustunda “Milan”dan icarəyə götürüb. 23 yaşlı futbolçu bütün yarışlarda keçirdiyi 48 oyunda 14 qol vurub və 9 məhsuldar ötürmə edib. “Transfermarkt” portalı futbolçunun dəyərini 30 milyon avro qiymətləndirir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin