“İnter”in “B planı”

“Atalanta” hücumçusu Ademola Lukmanı yay transfer pəncərəsində buraxmaq niyyətində deyil.

Bu səbəbdən, “İnter” rəhbərliyi hücum xəttini gücləndirmək üçün alternativ variantlara baxmağa başlayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Atalanta” yaxın günlərdə nigeriyalı futbolçunun transferinə razılıq verməsə, Milan təmsilçisi diqqətini “Çelsi”nin fransalı hücumçusu Kristofer Nkunkuya yönəldəcək.

Nkunkunun “Çelsi”dən ayrılması daha real görünür. Klub onu gələcək planlarına daxil etmir, 27 yaşlı futbolçunun özü də komandadan getmək istəyir.

“Transfermarkt” portalına görə, Nkunkunun bazar dəyəri 35 milyon avro təşkil edir. Onun London klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button