
“İnter” “Atalanta” ilə müzakirələri dayandırıb
“Atalanta”nın hücumçusu Ademola Lukman bu yay “İnter”ə keçməyə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, iki klub uzun müddət danışıqlar aparsa da, transfer şərtlərində razılıq əldə olunmayıb.
Hazırda müzakirələr tamamilə dayandırılıb və keçid alınmayacaq. Milan təmsilçisi artıq alternativ namizədləri nəzərdən keçirməyə başlayıb.
Ayın əvvəlində “İnter”in 27 yaşlı nigeriyalı forvard üçün təxminən 45 milyon avro ödəməyə hazır olduğu bildirilmişdi.
Lukman da keçiddə maraqlı olduğunu və “Atalanta”ya ayrılmaq istədiyini çatdırmışdı, ancaq bu, nəticə verməyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin