
“Atalanta” “İnter”in 40 milyon avroluq təklifini rədd edib
“İnter” “Atalanta”nın nigeriyalı hücumçusu Ademola Lukmanın transferi üçün 40 milyon avroluq rəsmi təklif göndərib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Atalanta” bu məbləği yetərli hesab etməyərək təklifi rədd edib. Klub Lukmanı ən azı 50 milyon avro qarşılığında satmaq niyyətindədir.
27 yaşlı forvardın klubu ilə hazırkı müqaviləsinin müddəti 30 iyun 2027-ci ilə qədərdir. Onun transfer bazarındakı dəyəri isə 60 milyon avro göstərilir.
Lukman 2024/25 mövsümündə bütün turnirlərdə ümumilikdə 40 oyuna çıxaraq, 20 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



