Edersonla müqavilə müddəti uzadılacaq

“Atalanta”nın yarımmüdafiəçisi Ederson klubu ilə müqavilə müddətini uzatmağa yaxındır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər arasında yeni müqavilə 2029-cu ilə qədər olacaq. Braziliyalı futbolçunun maaşında artım olacağı və ildə əlavə olaraq təxminən iki milyon yarım avro qazanacağı iddia edilir.

26 yaşlı futbolçu son mövsümdə bütün yarışlarda 49 matçda meydana çıxıb, 5 qol vurub və 2 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button