“Atalanta” baş məşqçisi ilə yollarını ayırdı

“Atalanta” baş məşqçi İvan Yuriçlə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, 50 yaşlı xorvat mütəxəssis vəzifəsindən azad edilib.

Baş məşqçi vəzifəsinə Raffaele Palladinonun təyin olunması gözlənilir.

Yuriç Can Pyero Qasperini ilə yolların ayrılmasından sonra iyun ayında “Atalanta”nın baş məşqçisi təyin olunmuşdu. Yuriçin rəhbərliyi altında komanda 15 oyuna çıxıb, bunlardan 4-ü qələbə, 8-i heç-heçə və 3-ü isə məğlubiyyətlə nəticələnib. Komanda ardıcıl 8 oyundur qələbə qazana bilmir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button