67 il sonra…
“Atalanta” İtaliya A Seriyasının 9-cu turu çərçivəsində “Udineze”yə 7:1 hesabı ilə qalib gəlib.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, bu qələbə sayəsində “Atalanta” klub tarixinin ən böyük qələbəsini təkrarlayıb. Komanda 1952-ci ildə “Triestina”nı eyni hesabla məğlub etmişdi.
Bundan başqa, “Atalanta” cari mövsümdə keçirdiyi 9 çempionat oyununda 28 qol vurub. Bu nəticə 1992\93-cü il mövsümündən bəri İtaliya A Seriyasındakı ən yaxşı nəticədir. Həmin mövsüm “Milan” 9 turda 29 qolla yadda qalmışdı.
A Seriyasında 9 turdan sonra 20 xal toplayan “Atalanta” turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin