“Bayern”in prezidenti: “Aston Villa”ya uduzmağa ehtiyac yox idi”
“Bayern”in prezidenti Herbert Hayner “Aston Villa”ya məğlubiyyət, eləcə də, komandanın yeni baş məşqçi Vensan Kompaninin işi ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az “Bayern&Germany”-yə istinadən xəbər verir ki, klub rəhbəri Kompaninin işinin əla olduğunu bildirib:
“Aston Villa”ya uduzmağa ehtiyac yox idi, amma belə şeylər olur. Bazar günü Frankfurtda qalib gəlməliyik və sonra hər şey yenidən tamamilə fərqli görünəcək. Kompani əla iş görür və bunu meydanda göstərir. Çox qaçırıq, çox işləyirik, topu daha sürətli hərəkət etdiririk, daha yüksək pressinq etməyə çalışırıq. Komandanı izləmək əladır”.
“Bayern” UEFA Çempionlar Liqasının 2-ci turunda “Aston Villa”ya uduzub (0:1).
Münhenlilər növbəti oyunu oktyabrın 6-da Almaniya çempionatının 6-cı turu çərçivəsində “Ayntraxt”a qarşı keçirəcək.
Bizi Facebook-da izləyin