
İngiltərə klubu stadionunu genişlədəcək
“Aston Villa” stadionunun tutumunu artırmaq planları ilə bağlı açıqlama yayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, hazırda “Villa Park” 42,918 nəfər qəbul edə bilir, amma yeni layihə ilə bu rəqəm 50,000-ə yüksələcək.
Stadionun şimal tribunasının tamamilə yenidən tikiləcəyi və yer tutumunun 5,000-dən 12,000-ə qədər artırılacağı gözlənilir. Digər tribunalarda isə yalnız kiçik dəyişikliklər ediləcək. Bütün bu işlərin 2027-ci ilin ikinci yarısına qədər tamamlanması nəzərdə tutulur.
Bundan əlavə, “Villa Park” 2028-ci il Avropa çempionatı çərçivəsində keçiriləcək oyunlardan birinə ev sahibliyi edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



