
“Aston Villa”nın Sanço ilə bağlı planı var
“Aston Villa” vingeri Ceydon Sanço ilə daimi müqavilə imzalamağı planlaşdırır.
Komanda.az xəbər verir ki, bu barədə “National World” portalı məlumat yayıb.
25 yaşlı futbolçu sentyabrın 1-dən “Aston Villa”da icarə əsasında çıxış edir. Onun “Mançester Yunayted”lə müqaviləsinin müddəti 2025-ci ilin yayında başa çatacaq və həmin vaxt o, azad agent statusu əldə edəcək.
Sanço cari mövsümdə bütün turnirlər üzrə cəmi 2 oyunda iştirak edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



