Sulşer rəhbərlikdən onu istədi

“Aston Villa”nın kapitanı Cek Qriliş qış transfer pəncərəsi dövründə komandanı tərk edəcək.

Komanda.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi ilə “Mançester Yunayted” klubu yaxından maraqlanır. Bu barədə “Birmingham Mail” nəşri məlumat yayıb. Xəbərdə, “qırmızı şeytanlar”ın baş məşqçisi Ole-Qunnar Sulşerin rəhbərlikdən qış fasiləsində Qrilişin mütləq transfer edilməsini istədiyi bildirilir.

Yarımmüdafiəçinin transfer dəyəri 35 milyon avrodur.

2014-cü ildən “Aston Villa”da forma geyinən Qriliş, bu mövsüm Premyer Liqada 16 oyunda 5 qol vurub, 4 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button