Koutinyo: “Premyer Liqada oynamaq üçün darıxmışdım”
“Aston Villa”nın futbolçusu Filippe Koutinyo Premyer Liqada “Mançester Yunayted”ə qarşı keçirdikləri oyunu (2:2) şərh edib.
Komanda.az xəbər verir ki, “Sky Sports” telekanalına danışan braziliyalı yarımmüdafiəçi, debüt matçında qol vurmasına belə münasibət bildirib:
“Premyer Liqada oynamaq üçün darıxmışdım. Yaxşı başlanğıc oldu. Sona qədər inanırdıq ki, məğlub olmayacağıq. Oyundan əvvəl gərgin idim? Bəli, bir az. İngilis dilində yaxşı danışa bilmirəm. Əsas sözü meydanda deməyi xoşlayıram. Bu, ilk oyunum idi. Daha yaxşı olmaq üçün çox çalışacam”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin