“Aston Villa”nı seçmək çətin deyildi” – Reşford
“Mançester Yunayted”in hücumçusu Markus Reşford icarə əsasında “Aston Villa”ya keçməsini şərh edib.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, ingiltərəli futbolçu bəxtinin gətirdiyini deyib:
“Mançester Yunayted” və “Aston Villa”ya bu müqaviləni bağladıqları üçün təşəkkür etmək istəyirəm. Bəxtim gətirdi ki, mənimlə eyni anda bir neçə klub maraqlanırdı, amma “Aston Villa”nı seçmək çətin deyildi. Mən sadəcə olaraq “Aston Villa”nın bu mövsüm oynadığı oyuna və onların baş məşqçisinin iddiasına heyranam. Futbol oynamaq istəyirəm və şansımı səbirsizliklə gözləyirəm. “Mançester Yunayted”də hər kəsə mövsümün qalan hissəsində uğurlar arzulayıram”.
27 yaşlı forvard dekabrın ortalarından meydanda görünmür.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin