“Aston Villa” “Liverpul”la oyuna çıxacaq – Amma…
İngiltərənin “Aston Villa” klubunda koronavirusa kütləvi yoluxma halının aşkarlandığını və məşq bazasının bağlandığını xəbər vermişdik.
Komanda.az xəbər verir ki, klubun İngiltərə kubokunun 1/32 final mərhələsi çərçivəsində keçirilməli olan “Liverpul”la oyunu ilə bağlı qərar verilib. Məlumata görə, bu oyun baş tutacaq. Belə ki, “Aston Villa” “qırmızılar”la oyuna U-23 komandasının üzvləri və akademiyadan olan futbolçularla çıxacaq.
Daha əvvəl yayılan məlumatda komandanın “Liverpul”la oyununun təxirə salınacağı deyilirdi.
“Aston Villa” – “Liverpul” oyunu bu gün, saat 23:45-də başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin