“Aston Villa”da daha bir ciddi itki – DÇ-ni buraxacağı dəqiqləşdi

Futbol üzrə Fransa millisinin və İngiltərənin “Aston Villa” klubunun yarımmüdafiəçisi Bubakar Kamara uzun müddətə sıradan çıxıb.

Komanda.az xəbər verir ki, İngiltərə Premyer Liqasının 8-ci turu çərçivəsində baş tutan “Sauthempton”la oyunda (1:0) zədələnən oyunçunun diz bağlarından aldığı xəsarətin ciddi olduğu müəyyənləşib.

Tibbi müayinədən sonra 23 yaşlı futbolçunun uzun müddət yaşıl meydanlardan kənarda qalacağı açıqlanıb. Onun hətta bu il Qətərdə keçiriləcək dünya çempionatında da iştirak etməyəcəyi məlum olub.

DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək Qətərdə təşkil olunacaq.

Xatırladaq ki, “Aston Villa”da daha öncə digər mərkəz müdafiəçisi Dieqo Karlos da uzun müddətə sıradan çıxmışdı. Bu komandanın cinah müdafiəçiləri Lukas Din və Metti Keş də zədəlidir və sabah Premyer Liqanın 9-cu turu çərçivəsində keçiriləcək “Lids”lə səfər matçını buraxacaqlar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button