Premyer Liqa klublarını üz-üzə gətirən şotlandiyalı

“Arsenal”ın müdafiəçisi Kiran Tirni Unay Emerinin çalışdırdığı “Aston Villa”nın diqqətini çəkib.

Komanda.az “The Times”-a istinadən xəbər verir ki, Birmingem klubu şotlandiyalının keçidini reallaşdırmaqda iddialıdır.

Öncədən “Nyukasl”ın da futbolçunu transfer etmək istədiyi bildirilirdi.

Tirni cari mövsümdə “topçular”ın heyətində bütün turnirlər daxil olmaqla 36 oyuna çıxıb, bir qol vurub və iki məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button