“Aston Villa” Sançodan narazıdır

“Aston Villa”nın hücumçusu Ceydon Sanço qışda “Mançester Yunayted”ə geri dönəcək.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 25 yaşlı vingerin fiziki forması və çıxışı ilə bağlı Birmingem klubunda narazılıq yaranıb. Sanço bu mövsüm yalnız bir dəfə əsas heyətdə meydana çıxıb.

“Aston Villa” ingiltərəli futbolçunu yay transfer pəncərəsində “qırmızı şeytanlar”dan icarəyə götürmüşdü. Onun “Mançester Yunayted”lə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button