“Aston Villa” onunla anlaşıb

23 yaşlı yarımmüdafiəçi Morqan Rocers “Aston Villa”da qalacaq.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər müqavilənin müddətini uzatmağı razılaşdırıblar.

Rocersin klubla yeni sözləşməsinin müddəti 2031-ci ilə qədər nəzərdə tutulub və əhəmiyyətli maaş artımını ehtiva edir.

Premyer Liqanın bir sıra top-klubları ingiltərəli futbolçuya maraq göstərsə də, o, yaxın günlərdə yeni müqaviləni imzalayacaq.

Rocers cari mövsümdə bütün turnirlərdə 15 oyuna çıxaraq, 1 qol vurub və 3 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button