“Aston Villa” ondan çox razıdır

“Mançester Yunayted”in hücumçusu Markus Reşford icarə əsasında çıxış etdiyi “Aston Villa”nı özünə heyran qoyub.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Birmingem klubu ingiltərəli forvarddan çox razıdır. Bu, həm onun oyununa, həm də davranışına aiddir.

“Aston Villa” rəhbərliyi 27 yaşlı futbolçunun 40 milyon funt sterlinqə (demək olar ki, 48 milyon avro) satın alma maddəsinin aktivləşdirilməsi ilə bağlı hələ yekun qərar verməyib, ancaq transfer etmə ehtimalı artır.

Reşford Unay Emerinin komandasının heyətində 9 oyuna çıxıb və 4 məhsuldar ötürmə edib. Onun “Mançester Yunayted”lə müqaviləsinin müddəti 2028-ci ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button