“Aston Villa” “Mançester Yunayted”in təklifini rədd edib

“Aston Villa”nın qapıçısı Emiliano Martines “Mançester Yunayted”ə keçməkdə maraqlıdır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” argentinalı futbolçunu icarəyə götürməyə cəhd göstəriblər, ancaq “Aston Villa” bu təklifi rədd edib.

32 yaşlı qolkiper hələ də “Mançester Yunayted”in heyətində çıxış etmək istəyir. Ancaq klub rəhbərliyi hələlik danışıqların davam etdirilib-etdirilməməsi ilə bağlı qərar verməyib.

Ehtimal edilir ki, “Mançester Yunayted” dünya çempionunu transfer etmək planından imtina edərək, əsas qapıçısı Andre Onananın ehtiyatında dayana biləcək daha ucuz bir seçim üzərində fokuslana bilər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button