“Aston Villa” ilə matç “Mançester Yunayted”in səviyyəsini necə aşağı saldığını göstərir”

“Mançester Yunayted”in keçmiş müdafiəçisi Qari Nevill komandanın çalışdırıcısı Erik Ten Haqla bağlı fikirlərini bölüşüb.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, ingiltərəli sabiq futbolçu Birmingemdəki görüşdən sonra hər hansı mühüm qərarlar qəbul edilməli olduğunu düşünmür:

“Düşünmürəm ki, Birmingemdəki oyundan sonra hansısa mühüm qərarlar qəbul edilməlidir. Püşkatma Ten Haqa əlavə vaxt verdi. Komanda Premyer Liqaya dəhşətli startla başladı. “Aston Villa” ilə heç-heçənin yaxşı nəticə olduğunu söyləyiriksə, bu, Birmingem klubunun nə qədər yüksəklərə qalxdığını, öz növbəsində “Mançester Yunayted”in səviyyəsini necə aşağı saldığını göstərir”.

“Aston Villa” – “Mançester Yunayted” matçı 0:0 hesabı ilə başa çatıb. “Qırmızı şeytanlar” Premyer Liqada 7 turdan sonra 8 xal toplayıb və turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button