De Zerbi 2 futbolçunun “Brayton”dan ayrılacağını təsdiqlədi

“Brayton”un baş məşqçisi Roberto de Zerbi yarımmüdafiəçilər Moyses Kaysedo və Aleksis Makallisterin gələcək karyerası barədə danışıb.

Komanda.az “Mirror”-a istinadən xəbər verir ki, o, adıçəkilən futbolçuların iş yerini dəyişməsini düzgün addım kimi dəyərləndirib:

“Məncə, “Aston Villa” ilə keçirdiyimiz matç (1:2) onların bizimlə son oyunu oldu. Hər ikisi böyük insan və oyunçudur. Fikrimcə, onların komandalarını dəyişərək daha yüksək səviyyədə oynamaq istəmələri düzgün addımdır”.

“Qağayılar” 2022/23 mövsümündə İngiltərə çempionatını altıncı pillədə başa vurub. Onlar tarixlərində ilk dəfə avrokuboklarda çıxış edəcəklər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button