18 yaşlı futbolçu üçün yarışa “Aston Villa” da qoşulub

“Aston Villa” “Feyenoord”un hücumçusu Zepikeno Redmond üçün əsas namizəddir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, futbolçu üçün namizədlər arasında yer alan “Milan”ın danışıqlarda nə qədər irəli getdiyi dəqiq bilinmir, lakin forvardın seçim etmək üçün çoxlu imkanları olacağı aydındır.

Redmond iyunun 30-da azad agent ola bilər. “Feyenoord” onun hazırkı müqaviləsinin müddətini uzadacağına hələ ümidini itirməyib. 18 yaşlı futbolçu ümumilikdə mövsüm ərzində müxtəlif yarışlarda 25 oyun keçirib və 5 qol vurub.

Daha əvvəl “Milan” və “Tottenhem”in Redmondla müqavilə imzalamaqda maraqlı olduqları bildirilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button