Lukakunun daha bir “elçi”si var
“Aston Villa” bu yayın ən gözlənilməz transferlərindən birini edə bilər.
Komanda.az “II Mattino”-ya istinadən xəbər verir ki, İngiltərə klubu “Çelsi”dən hücumçu Romelu Lukakunu almağa hazırdır. Belçikalı futbolçuya əsas namizəd “Napoli”dir, lakin İtaliya klubunun onu almaq şərti ilə icarəyə götürməyə hazır olduğu bildirilmişdi.
“Çelsi” 31 yaşlı forvarddan daimi xilas olmaq istəyir. Lukaku “İnter”də Antonio Kontenin rəhbərliyi altında çıxış edib. Buna görə də, o, hazırda Kontenin olduğu “Napoli”yə keçməyə üstünlük verir. “Çelsi” belçikalı futbolçu üçün 40 milyon avro təzminat tələb edir.
Lukaku ötən mövsüm “Roma”da icarə əsasında çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin