
Emeri onu öz komandasında görmək istəyir
“Çelsi”nin hücumçusu Nikolas Cekson yay transfer pəncərəsində komandanı tərk edə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Aston Villa” seneqallı futbolçu ilə maraqlanır. Komandanın baş məşqçisi Unay Emeri forvardı heyətinə qatmaq istəyir.
Cekson son mövsümdə 30 oyun keçirib, 10 qol vurub və 5 məhsuldar ötürmə edib.
Premyer Liqanın son mövsümündə “Çelsi” 4-cü, “Aston Villa” isə 6-cı yeri tutub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin