
Emeri ilə bağlı qərar verilib
“Aston Villa” baş məşqçisi Unay Emerini yeni mövsümdə də komandada saxlayacaq.
Komanda.az xəbər verir ki, bu barədə “Pit O’Rurk” məlumat yayıb.
Klub rəhbərliyi ispaniyalı mütəxəssisin işdən azad olunmasını planlaşdırmır, baxmayaraq ki, komanda Premyer Liqanın cari mövsümünə uğursuz start verib. “Aston Villa” mövsümün ilk beş turundan sonra 3 xal toplayaraq, turnir cədvəlinin aşağı sıralarında qərarlaşıb.
Əvvəllər Emeri ilə maraqlanan “Mançester Yunayted” onun Ruben Amorimi əvəz edə biləcəyini düşünürdü. O, 2022-ci ildən “Aston Villa”nın baş məşqçisidir və ötən mövsüm UEFA Çempionlar Liqasında komandası ilə 1/4 finala qədər irəliləyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



