Premyer Liqa klubu “Barselona”nın yetirməsi ilə maraqlanır

“Selta”nın müdafiəçisi Oskar Minqeza İngiltərə Premyer Liqasına keçə bilər.

Komanda.az “Tribal Football”-a istinadən xəbər verir ki, ispaniyalı futbolçu ilə “Aston Villa” maraqlanır.

Minqezanın transferi üçün müəyyən edilən təzminat məbləği 20 milyon avrodur. Onun hüquqlarının 50 faizi yetirməsi olduğu “Barselona”ya məxsusdur.

25 yaşlı müdafiəçi “Selta”ya 2022-ci ilin yayında keçib. Onun klubu ilə hazırkı müqaviləsinin müddəti 2026-cı ilin iyununda başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button