“Astana”nı Türkiyə klubuna dəyişdi
Türkiyənin “Konyaspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi Qazaxıstanın “Astana” klubunda çıxış edən Marin Aniçiçi heyətinə qatıb.
Bu barədə Türkiyə klubunun rəsmi saytı məlumat yayıb. 30 yaşlı bosniyalı mərkəz müdafiəçisi ilə 2+1 illik müqavilə imzalanıb. O, yeni komandasında 14 nömrəli formanı geyinəcək.
Yeddi il yetirməsi olduğu Mostar “Jrinski”sində çıxış edən Aniçiç, “Astana”ya 2014-cü ildə transfer edilmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin