
“Astana” Qriqorçukla yollarını ayırdı – rəsmi
“Astana” klubu baş məşqçisi Roman Qriqorçukla yollarını ayırıb.
Komanda.az xəbər verir ki, bu barədə Qazaxıstan təmsilçisinin rəsmi saytı məlumat yayıb. Qriqorçukla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
2015-2018-ci illərdə “Qəbələ”nin “sükanı arxasında” çalışan 54 yaşlı mütəxəssis 2018-ci ildən “Astana”nın baş məşqçisi idi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin